Palmali Holding, Türkiyədə oxuyan 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramının davam etdiyini elan edir.
Bu təqaüdlər 2022-2023-ci il tədris üçün olacaqdır.
Bu təqaüd proqramının əsas məqsədi hazır ki, bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, ciddi və yaxşı layiq olan tələbələrin təhsillərini davam etdirməsinə təşviq etməkdir.
2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.
Təqaüd üçün 100 azərbaycanlı tələbə seçiləcəkdir.
- Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr
- Şəhid ailəsinin üzvləri olan tələbələr
- Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr
- Maddi vəziyyəti çətin olan tələbələr
Palmali’nin yeni təqaüd proqramı qeydiyyat tarixi 2022-ci il aprel ayının 1-30 tarixləri arasında başlayacaq.
Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsi, Tələbə kimliyi, Ali Təhsil oçağında hal hazırda oxuduğuna dair sənəd və Transkript mütləqdir. Bundan əlavə özünü və maddi durumunu eləcə də bizim şərtlərə uyğun olmasına dair sənədlər tələb olunur.
Tələb olunan sənədlər aprelin 1-dən 30-dək qəbul olunacaq.
Sənədlər əksik olduğu halda müraciət qəbul olunmayacaq!
Xatırladaq ki, bu Palmali Holding tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.